Türkiyə hərbi sənayesindən daha bir uğur - İnsansız dəniz platformalarının kütləvi istehsalı başlanır
Platformalarda radioelektron mübarizə vasitələri yerləşdirilə və müxtəlif silah qüllələri quraşdırıla bilər

Türkiyədə “Ulaq” və “Albatros” insansız dəniz platformalarının dəniz sınaqları tamamlanıb və kütləvi istehsal prosesinə start verilib.
Qazet.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir “Kanal 7” telekanalına müsahibəsi zamanı məlumat verib.
Dəmir bildirib ki, inventara qəbul edilən platformalar bir çox əməliyyatlar həyata keçirə və müxtəlif sistemlərdən istifadə edə bilər. Platformalarda radioelektron mübarizə vasitələri yerləşdirilə və müxtəlif silah qüllələri quraşdırıla bilər.
Komitə sədri “Twitter” hesabında sürü halında işləyə bilən insansız dəniz platformaları layihəsinin birinci mərhələsinin tamamlandığını bildirib.