Türkiyə ilə ABŞ arasında kritik telefon əlaqəsi
Gündəm
22:55 27 okt, 2021
Eyni zamanda, tərəflər hər iki ölkə prezidentinin Qlazqo İqlim Sammitində keçirilməsi planlaşdırılan ikitərəfli görüşün mövzuları və detallarından danışıb.
Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalınla ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı baş tutub.
Qazet.az xəbər verir ki, telefon söhbətində ikitərəfli əlaqələr, F-35, F-16 məsələsi, qlobal iqlim dəyişikliyi, Əfqanıstan, Suriya, Liviya, Qarabağ, Yunanıstan, Şərqi Aralıq dənizi və digər regional proseslər müzakirə edilib.
Eyni zamanda, tərəflər hər iki ölkə prezidentinin Qlazqo İqlim Sammitində keçirilməsi planlaşdırılan ikitərəfli görüşün mövzuları və detallarından danışıb.