Bakı 2˚C Dreary

Türkiyə ilə biznes əməkdaşlığı müzakirə edildi

Biznes 12:15 21 okt, 2022
Türkiyə ilə biznes əməkdaşlığı müzakirə edildi

Azərbaycanın İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov Türkiyənin İstanbul şəhərinin Sənayeçi və İş Adamları Dərnəkləri Federasiyasının rəhbəri Muammer Ömeroğlu ilə biznes əməkdaşlığını müzakirə edib.

Qazet.az xəbər verir ki, bunu KOBİA-nın sədri Orxan Məmmədov "Twitter"də bildirib.

"İstanbulun iş adamlarını birləşdirən Federasiyanın üzvləri ilə bir araya geldik. Görüşümüzdə Azərbaycan və Türkiyə biznesləri arasında əməkdaşlıq imkanlarını, bu sahədə birgə dəstəyimizi müzakirə etdik", - deyə o, qeyd edib.