“Türkiyə ilə danışıqlar aparılmır” : Ermənistan XİN
Gündəm
15:21 13 sen, 2021
bu barədə Ermənistan XİN-i “Azadlıq” radiosunun erməni xidmətinin sorğusuna cavab olaraq bildirib
“Hazırda Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması üçün heç bir danışıqlar aparılmır”.
Qazet.az xəbər verir ki, bu barədə Ermənistan XİN-i “Azadlıq” radiosunun erməni xidmətinin sorğusuna cavab olaraq bildirib.
“Erməni və türk diplomatların kontaktı yalnız beynəlxalq gündəliyin bəzi məsələlərinin müzakirəsi ilə məhdudlaşır”,- deyə Nazirlik əlavə edib.
Xatırladaq ki, son vaxtlar Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və diplomatik münasibətlərin bərpası barədə müzakirələr aktivləşib.