Bakı 23˚C Mostly sunny

Türkiyə ilə enerji sahəsi üzrə əməkdaşlıq dərinləşir

Biznes 14:55 28 sen, 2022
Türkiyə ilə enerji sahəsi üzrə əməkdaşlıq dərinləşir

Azərbaycan və Türkiyə elektrik enerjisinin ixracının və tranzitinin dərinləşdirilməsi imkanlarını nəzərdən keçirib.

Qazet.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.

Onun sözlərinə görə, bu məsələ bu gün Qazaxıstanın Almatı şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) enerji nazirlərinin 2-ci iclası çərçivəsində Türkiyənin energetika naziri Fatih Dönməzlə görüşdə müzakirə olunub.

“Regional və beynəlxalq əhəmiyyətli Azərbaycan-Türkiyə strateji enerji tərəfdaşlığını Cənub Qaz Dəhlizinin inkişafı, həmçinin elektrik enerjisinin ixracı və tranziti ilə dərinləşdirmək imkanlarını dəyərləndirdik”, - deyə nazir bildirib.

Xatırladaq ki, iclas çərcivəsində neft-qaz, neft-kimya, bərpa olunan və ağıllı enerji, enerji səmərəliliyi sahələrində əməkdaşlıq, yaşıl enerji keçidi, dayanıqlı enerjinin inkişafı üzrə müzakirələr aparılacaq. İclasda P. Şahbazovun çıxışı, iclasdan sonra isə ikitərəfli görüşləri nəzərdə tutulub.