Türkiyə ilə iqtisadi əməkdaşlıq müzakirə edildi
Azərbaycanın İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun Türkiyə-Azərbaycan Əməkdaşlıq Şurasının İcraiyyə Komitəsinin sədri Mustafa Kemal Koloğlu ilə iqtisadi əməkdaşlığı müzakirə edib.
Qazet.az xəbər verir ki, bunu KOBİA-nın sədri Orxan Məmmədov “Twitter”də bildirib.
Onun sözlərinə görə, Agentlikdə keçirilmiş görüşdə birgə təşəbbüslərə dair fikir mübadiləsi də aparılıb.
Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun @deikiletisim Türkiyə-Azərbaycan Əməkdaşlıq Şurasının İcraiyyə Komitəsinin sədri Mustafa Kemal Koloğlu ilə #KOBİA-dakı görüşümüzdə #əməkdaşlıq imkanlarına və birgə təşəbbüslərə dair fikir mübadiləsi apardıq. pic.twitter.com/18oh2HgKnB
— Orkhan Mammadov (@MammadovOrkh) October 20, 2022