Bakı 26˚C Intermittent clouds

Türkiyə ilə razılaşmaya əməl edəcəyik - Baş nazir

Gündəm 04:21 04 iyl, 2022

"Əgər terror fəaliyyətlərində iştirak etməmisinizsə, narahat olmanıza ehtiyac yoxdur".

Türkiyə ilə razılaşmaya əməl edəcəyik - Baş nazir

Türkiyə ilə razılaşmaya və ekstradisiya ilə bağlı müqaviləyə əməl edəcəyik.

Qazet.az xəbər verir ki, bunu İsveçin Baş naziri Maqdalena Andersson Almedalen Siyasət Formunda verdiyi açıqlamada deyib.

O, müqavilənin məzmunu ilə bağlı məlumat verməyəcəyini bildirib.

Terror fəaliyyətinə qarışmayanların narahat olmasına ehtiyac olmadığını deyən Andersson qeyd edib ki, İsveç vətəndaşı olanlar milli və beynəlxalq qanunlara görə ekstradisiya edilə bilməz: "Əgər terror fəaliyyətlərində iştirak etməmisinizsə, narahat olmanıza ehtiyac yoxdur".