Türkiyə İran sərhədinə qoşun yığır - "Bayraktar"lar, xüsusi təyinatlılar toplanır
Gündəm
12:21 23 sen, 2021
Türkiyə İran sərhədinə qoşun yığır
İranın Azərbaycanın cənub sərhədində hərbi təlimlərə başlamasından sonra Türkiyə İranla sərhədə xüsusi təyinatlılar, motoatıcı və zirehli-tank birləşmələrini yollayıb.
Qazet.az xəbər verir ki, bundan başqa, İranla sərhədin yaxınlığında Türkiyə Hərbi-Hava Qüvvələrinin qırıcı və bombardmançı təyyarələri, habelə "Bayraktar" və "Akınçı" zərbə PUA-ları barraj vurur.
Eyni zamanda, Türkiyə Suriyanın İdlib vilayətinə də əlavə qüvvələr yeridib. /Milli.az