Bakı 19˚C Sunny

Türkiyə İranla sərhəddə çəkdiyi divarın tikintisini DAYANDIRDI

Gündəm 17:56 07 dek, 2021

Van-İran sərhədində 64 kilometrlik sərhəd xəttində modul divar işlərinin 41 kilometrlik hissəsi tamamlanıb

Türkiyə İranla sərhəddə çəkdiyi divarın tikintisini <span style="color:red">DAYANDIRDI</span>

Türkiyə-İran sərhədinin təhlükəsizliyinin təmin edilməsi, qeyri-qanuni keçidlərin və qaçaqmalçılıq fəaliyyətlərinin qarşısının alınması, terrorçuların içəri daxil olmasının qarşısının alınması məqsədilə 295 kilometrlik bütün sərhəd xəttinə divar tikilirdi.

Qazet.az xəbər verir ki, Van-İran sərhədində 64 kilometrlik sərhəd xəttində modul divar işlərinin 41 kilometrlik hissəsi tamamlanıb.

Yüksək hündürlükdə sərhəd xəttində havanın temperaturunun sıfır dərəcədən aşağı düşməsi nəticəsində ərazidə fəaliyyət göstərən tikinti texnikalarının işi dayandırılıb.

Sərhəd divarının qalan 231 kilometri üçün işlər yazda bərpa olunacaq.