Türkiyə kəşfiyyatı MOSSAD-ın şəbəkəsini ifşa edib
Gündəm
19:43 21 okt, 2021
Türkiyə Milli Kəşfiyyat Xidməti (MİT) 4 vilayətdə əməliyyat keçirib

Türkiyədə İsrailin “MOSSAD” kəşfiyyat xidmətinin şəbəkəsi ifşa olunub.
Qazet.az xəbər verir ki, Türkiyə KİV-ləri bu barədə məlumat paylaşıb.
Türkiyə Milli Kəşfiyyat Xidmətinin (MİT) 200 əməkdaşı 4 vilayətdə əməliyyat keçirib.
Polisin oktyabrın əvvəllərində keçirdiyi əməliyyat zamanı hər birində 3 nəfər olmaqla, 5 casus hücrəsi ifşa olunub. MİT ümumilikdə, 15 nəfər casusu həbs edib.
Onlar arasında fələstinli tələbələr də olub. Həmin casuslar Türkiyədə oxuyan əcnəbilər və müdafiə sənayesi sahəsində çalışacaq tələbələr barədə məlumat toplayırmış.