Türkiyə kəşfiyyatı PKK-nın Ermənistan üzrə nümayəndəsini məhv edib
Gündəm
15:14 28 sen, 2021
Türkiyə MİT-dən uğurlu əməliyyat

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK terror təşkilatının rəhbər şəxslərindən biri olan Engin Karaaslanı zərərsizləşdirib.
Qazet.az APA-ya istinadən xəbər verir ki, “İnterpol” tərəfindən “qırmızı bülleten”lə axtarışda olan “Haydar Varto” kod adlı Engin Karaaslan Suriyanın Kamışlı bölgəsində əməliyyat zamanı məhv edilib.
Qeyd edək ki, terror təşkilatının “mərkəzi komitə üzvü” olmuş Engin Karaaslan 2000-ci illərdə PKK-nın Ermənistan üzrə nümayəndəsi vəzifəsini üstlənib.