Türkiyə klubu Azərbaycanı təbrik edib
İdman
13:44 18 okt, 2021
Futbol klubu Azərbaycanı təbrik edib
Türkiyənin "Bursaspor" klubu Müstəqilliyin Bərpası Günü ilə əlaqədar Azərbaycanı təbrik edib.
Qazet.az xəbər verir ki, bu barədə Bursa təmsilçisinin rəsmi tviter hesabındakı paylaşımında bildirilib.
"Can Azərbaycanın Müstəqillik Günü mübarəkdir. İki dövlət, tək millət!", - deyə vurğulanıb.
Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Namik Ələskərov "Bursaspor"da çıxış edir.