Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
Gündəm
18:38 23 sen, 2021
İclasda uçot dərəcəsi 1 faiz bəndi azaldılaraq 19%-dən 18%-ə endirilib

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.
Qazet.az quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsi 1 faiz bəndi azaldılaraq 19%-dən 18%-ə endirilib.
Xatırladaq ki, uçot dərəcəsi TMB-nin ötən il dekabrın 24-də keçirilmiş iclasında 15%-dən 17%-ə qaldırılmış, bu il fevralın 18-də keçirilən iclasında sabit saxlanılmış, martın 18-i keçirilmiş iclasında isə 17%-dən 19%-ə qaldırılmışdı.