Türkiyə milli komandası alman məşqçi ilə ANLAŞDI - FOTO
Gündəm
11:50 14 sen, 2021
Son qərarı TFF prezidenti Nihat Özdemir verəcək
Futbol üzrə Türkiyə millisində baş məşqçi postuna daha bir namizədin adı açıqlanıb.
Qazet.az A Spor kanalına istinadən məlumat verir , Türkiyə Futbol Federasiyası (TFF) almaniyalı Ştefan Kuntsla anlaşıb.
59 yaşlı mütəxəssislə danışıqları TFF İcraiyyə Komitəsinin üzvü və Türkiyə millisinin sabiq futbolçusu Hamit Altıntop aparır.
Son qərarı TFF prezidenti Nihat Özdemir verəcək.
Qeyd edək ki, Türkiyə yığmasının baş məşqçisi Şenol Güneş sentyabrın 10-da istefaya göndərilib.