Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verib
Siyasət
21:57 13 sen, 2022
Türkiyə Milli Müdafiə Nazirliyi Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbçilərlə bağlı Azərbaycana başsağlığı verib.
Qazet.az xəbər verir ki, bununla bağlı nazirlik tviterdə paylaşım edib.
Paylaşımda deyilir: "Ermənistanla sərhəd xəttində baş verən toqquşmalarda şəhid olan Azərbaycan ordusunun qəhrəman əsgərlərinə Allahdan rəhmət, yaralılara tezliklə şəfa, qardaş Azərbaycan xalqına isə başsağlığı və səbr diləyirik".