Türkiyə MN xüsusi təyinatlıların təlimindən paylaşım etdi - FOTOLAR
Gündəm
15:55 13 sen, 2021
Görüntülər Türkiyə MN-in "Twitter" hesabında paylaşılıb

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin Bakıda keçirilən “Üç qardaş - 2021” beynəlxalq təliminin açılış mərasimindən görüntülər yayıb.
Qazet.az xəbər verir ki, görüntülər Türkiyə MN-in "Twitter" hesabında paylaşılıb.
Qeyd edək ki, ötən gün Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş - 2021” beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib.