Bakı 6˚C Intermittent clouds

Türkiyə on dövlətin səfirini XİN-ə çağırdı - 2016-cı il çevrilişə cəhdin izləri

Siyasət 11:41 19 okt, 2021

Türkiyə 2016-cı il dövlət çevrilişinə cəhdlə bağlı 10 dövlətin səfirini XİN-ə çağırıb

Türkiyə on dövlətin səfirini XİN-ə çağırdı - <span style="color:red">2016-cı il çevrilişə cəhdin izləri</span>

ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Niderland, İsveç, Kanada, Norveç və Yeni Zelandiyanın Ankaradakı səfirləri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Qazet.az Anadolu agentliyinə istinadən xəbər verir ki, barədə Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

Məlumata görə, diplomatlar Türkiyə hakimiyyəti tərəfindən 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə təqsirləndirilən Osman Kavalanın məhkəməsi ilə bağlı sosial şəbəkələrdə səsləndirdikləri ifadələrlə əlaqədar olaraq Xarici İşlər Nazirliyinə dəvət edilib.

“Diplomatlar Kavalanın sərbəst buraxılmasını tələb edərək, onun məhkəməsinin guya "Türkiyədə demokratiyaya və qanunun aliliyinə kölgə saldığını" söyləyiblər”, - deyə mənbə “Anadolu” agentliyinə bildirib.

Qeyd edilir ki, diplomatik missiya rəhbərlərinin bu gün səhər Türkiyə Xarici İşlər Nazirliyinə gəlişi gözlənilir.