Türkiyə ordusu bir qurup PKK-çını məhv etdi
Gündəm
19:20 19 sen, 2021
Türkiyə ordusu 10 PKK-çını zərərsizləşdirdi
Türkiyə ordusu PKK terrorçularının növbəti qrupunu zərərsizləşdirib.
Qazet.az-ın məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi xəbər verib.
Məlumata görə, PKK/YPG terrorçularının Suriyanın şimalında “Barış pınarı” əməliyyat bölgəsinə hücuma hazırlaşdığı müəyyənləşdirilib. Ordunun həyata keçirdiyi tədbirlər nəticəsində 10 terrorçu məhv edilib.
Terrorçulara qarşı əməliyyat davam edir.