Türkiyə ordusu PKK-nı bombaladı
Gündəm
18:35 22 yan, 2022
Avaşində PKK terror təşkilatının 3 üzvü havadan endirilən zərbələr nəticəsində məhv edilib

Türkiyə ordusu və Milli İstihbarat Təşkilatı (MİT) İraqın şimalındakı Avaşin bölgəsində birgə əməliyyat keçirib.
Qazet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Avaşində PKK terror təşkilatının 3 üzvü havadan endirilən zərbələr nəticəsində məhv edilib”, - məlumatda bildirilib.