Türkiyə ordusu Suriyada şəhid verib
Gündəm
17:45 09 dek, 2021
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb
Suriyada xidmət edən Türkiyə Silahlı Qüvvələrinin hərbçisi, çavuş Emre Ceylan şəhid olub.
Qazet.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Mətbuat yazıb ki, 28 yaşlı hərbçi Suriyanın “Bahar Qalxanı” bölgəsindən əməliyyatdan qayıdarkən uçurumdan yıxılaraq yaralanıb. Türkiyənin Hatay şəhərindəki xəstəxanaya yerləşdirilən E.Ceylanın həyatını xilas etmək mümkün olmayıb.