Bakı 13˚C Mostly sunny

Türkiyə ordusunun 3 hərbçisi şəhid olub

Gündəm 18:45 09 dek, 2021

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb

Türkiyə ordusunun 3 hərbçisi şəhid olub

İraqın şimalında Türkiyə ordusunun 3 hərbiçisi şəhid olub.

Qazet.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Şimali İraqda “Pəncə-Yıldırım” əməliyyatı bölgəsində terrorçuların hücumu nəticəsində baş verib.

Türkiyə Silahlı Qüvvələri (TSQ) bölgədə aşkar etdiyi hədəflər hava əməliyyatları ilə vurulub və ilkin məlumatlara görə 6 terrorçu zərərsizləşdirilib.