Bakı 3˚C Windy

Türkiyə özünün sualtı gəmisinin inşasına başlayıb

Gündəm 11:56 27 iyn, 2022

Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri bildirib

Türkiyə özünün sualtı gəmisinin inşasına başlayıb

Türkiyə mühəndisləri tərəfindən layihələndirilən STM500 sualtı qayığının inşası onun gövdəsinin sınaqdan keçirilməsi ilə başlayıb.

Qazet.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Demir tviter hesabında yazıb.

Demir bildirib ki, yeni sualtı qayıq ən qabaqcıl sistemlər və silahlarla təchiz ediləcək.

İdarə rəisi STM500 layihəsini tarixi adlandıraraq qeyd edib ki, yeni sualtı qayıq həm dayaz sularda, həm də açıq dənizlərdə tapşırıqları yerinə yetirəcək şəkildə hazırlanıb.

“Yeni sualtı qayıq kəşfiyyat və müşahidə, xüsusi təyinatlıları dəstəkləmək və sualtı taktiki tapşırıqları yerinə yetirmək üçün istifadə olunacaq”, - Demir qeyd edib.