Türkiyə parlamentində DAVA - Deputat kəllə-beyin travması aldı / VİDEO
Hadisə
21:03 06 dek, 2022
Türkiyə Böyük Millət Məclisində (TBMM) büdcə müzakirələri zamanı deputatlar arasında dava düşüb.
Qazet.az xəbər verir ki, dava zamanı deputatlardan biri kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
“Büdcə müzakirələrinin ikinci günündə parlamentin ümumi yığıncağında gərginlik yaranıb. Deputatlar arasında şifahi atışma münaqişəyə çevrilib. “İyi” partiyasının üzvü Hüseyn Örs dava zamanı kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib”, – deyə məlumatda bildirilir.
İclasa sədrlik edən parlamentin vitse-spikeri Heydər Akar bu mübahisədən sonra iclası 10 dəqiqə yarımçıq dayandırıb.