Bakı 18˚C Mostly cloudy

Türkiyə parlamentində dava: Müxalifət və iqtidar partiyaları toqquşdu - VİDEO

Siyasət 16:37 08 dek, 2021

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının deputatı ilə daxili işlər naziri arasında söz atmacası olub

Türkiyə parlamentində dava: <span style="color:red">Müxalifət və iqtidar partiyaları toqquşdu - VİDEO</span>

Türkiyə Böyük Millət Məclisində Daxili İşlər Nazirliyinin 2022-ci il üzrə büdcəsi müzakirə edilərkən deputatlar arasında yumruq davası olub.

Qazet.az xəbər verir ki, məlumatı NTV telekanalı yayıb.

Belə ki, müxalif Cümhuriyyət Xalq Partiyasından olan deputat Erkan Aydın kürsüdə çıxış edən zaman daxili işlər naziri Süleyman Soylu onu “saxtakarsan” adlandırıb.

E. Aydın nazirin atmacasını cavabsız qoymayıb: “Dediklərini olduğu kimi özünə qaytarıram”.

CHP-li deputatın sözləri hakim Ədalət və İnkişaf Partiyasını təmsil edən millət vəkillərinin narazılığına səbəb olub. Onlar kürsünün önünə gələrək E.Aydının çıxışını dayandırıblar. Nəticədə mübahisə yaranıb. Daha sonra mübahisə yumruqlu davaya çevrilib.

Spiker qanunverici orqanın iclasına fasilə verməyə məcbur olub.