Bakı 10˚C Cloudy

Türkiyə qurumu ilə AMB-nin əməkdaşlığı müzakirə edildi

Biznes 12:20 04 noy, 2022
Türkiyə qurumu ilə AMB-nin əməkdaşlığı müzakirə edildi

Azərbaycan Mərkəzi Bankı (AMB) Türkiyənin Sığorta və Özəl Pensiya Tənzimləmə və Nəzarət Agentliyi ilə mövcud və gələcək əməkdaşlıq məsələlərini müzakirə edib.

Qazet.az xəbər verir ki, bu barədə AMB sədri "Twitter"də yazıb.

"Türkiyənin Sığorta və Özəl Pensiya Tənzimləmə və Nəzarət Agentliyinin sədri Mehmet Akif Eroğlu və Sığorta Məlumat və Monitorinq Mərkəzinin rəhbəri Serkan Avcının iştirakı ilə hər 2 təşkilatın nümayəndə heyəti ilə video konfrans formatında görüşdük. Görüşdə təşkilatlarımız arasında mövcud və gələcək əməkdaşlıq məsələlərini müzakirə etdik", - deyə o, qeyd edib.