Türkiyə, Rusiya və Suriya XİN rəhbərlərinin görüşü baş tuta bilər
Siyasət
19:17 31 dek, 2022
Türkiyə, Rusiya və Suriya XİN rəhbərlərinin görüşü yanvarın ikinci yarısında baş tuta bilər.
Qazet.az TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığından sonra bildirib.
“Yanvarın ikinci yarısında görüş keçirməyi təklif etdik. Bu, Moskvada və ya üçüncü ölkədə keçirilə bilər”, - deyə o bəyan edib.
Türkiyəli nazirin sözlərinə görə, qarşıdakı danışıqlar nəticəsində sammit görüşünün keçirilməsi barədə qərar qəbul oluna bilər.
“Danışıqlar prosesi daha yüksək səviyyədə görüşün mümkünlüyünü müəyyən edəcək”, - Çavuşoğlu əlavə edib.