Türkiyə Rusiyadan son model qırıcılar almaq istəyir
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNN “Türk” telekanalına müsahibəsində deyib
“Çox güman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden Qlazqoda görüşəcəklər”.
Qazet.az Ordu.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNN “Türk” telekanalına müsahibəsində deyib.
Nazirin sözlərinə görə, ABŞ haqsız şəkildə Türkiyəni F-35 proqramından çıxarıb, buna səbəb kimi isə Rusiyadan S-400-lərin alınması göstərilib.
XİN rəhbəri xatırladıb ki, Türkiyə F-35-lərin alınması üçün 1,4 milyard dollar ödəniş edib.
M. Çavuşoğlu qeyd edib ki, əgər ABŞ Türkiyəyə qırıcı təyyarələri satmasa, Konqres bu işə əngəl törədərsə, Rusiyadan Su-35 və Su-57-lər alına bilər.
“Türkiyə heç vaxt çarəsiz qalmayıb. Alternativlərimiz var”, - türkiyəli nazir vurğulayıb.