Bakı 6˚C Intermittent clouds

Türkiyə sabah Paris İqlim Sazişinə rəsmən qoşulacaq

Cəmiyyət 05:14 10 noy, 2021

Ankara razılaşmanın 192-ci tərəfi olacaq.

Türkiyə sabah Paris İqlim Sazişinə rəsmən qoşulacaq

Türkiyə sabah Yer kürəsində havanın temperaturunun 1,5 dərəcədən çox yüksəlməsini məhdudlaşdırmağı hədəfləyən Paris İqlim Sazişinə rəsmən qoşulacaq.

Qazet.az bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının payız sessiyasında çıxış edərkən Ankaranın Paris razılaşmasını təsdiqləyəcəyini və 2053-cü ilə qədər atmosferə istixana qazı emissiyalarının səviyyəsini sıfır faizə çatdırmağı hədəflədiyini açıqlayıb.

Oktyabrın 6-da saziş Türkiyə parlamentində təsdiqlənib. Türkiyə Paris sazişinin ratifikasiyası barədə oktyabrın 11-də BMT katibliyinə məlumat verib və prosedura uyğun olaraq ondan sonrakı 30-cu gündə, yəni noyabrın 10-da bu sənəddən irəli gələn beynəlxalq öhdəlikləri rəsmən üzərinə götürəcək.

Ankara razılaşmanın 192-ci tərəfi olacaq.

Paris Sazişinin qüvvəyə minməsi planetdə havanın temperaturunun yüksəlməsini məhdudlaşdırmaq kimi qlobal məqsədə uyğun olaraq Türkiyədə dövlət siyasətinin və qanunvericiliyin tənzimlənməsini təmin edəcək hüquqi mühit yaradır.

Türkiyə, xüsusilə 2030-cu ilə qədər havaya atılan tullantıları 21 faiz azaltmağı, 2053-cü ilə qədər isə tullantıları sıfır faizə çatdırmağı öhdəsinə götürüb.