Bakı 5˚C Showers

Türkiyə sahillərində zəlzələ baş verib

Hadisə 07:47 08 dek, 2022
Türkiyə sahillərində zəlzələ baş verib

Türkiyə sahillərində 4 bal gücündə zəlzələ baş verib.

Qazet.az xəbər verir ki, bu barədə çərşənbə günü ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Aydın vilayətinin Kuşadası körfəzində, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.

Zəlzələ İzmir, Aydın və ətraf vilayətlərdə də hiss olunub.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.