Bakı 7˚C Cloudy

Türkiyə sakini 20 metr hündürlükdə, ağacların üstündə ev tikib -Foto

Maraqlı 09:54 30 iyl, 2022

3 ağacın gövdələri arasında 6 kvadratmetrlik sahədə ev yaradıb

Türkiyə sakini 20 metr hündürlükdə, ağacların üstündə ev tikib -Foto

Türkiyənin Rizə şəhərinin Güneysu rayonunun sakini, 27 yaşlı Mehmet Çetin yerdən təxminən 20 metr yüksəklikdə, ağacların üstündə polad vintlərlə bərkidilmiş 6 kvadratmetrlik ev tikib.

Bu barədə Qazet.az “Habertürk”ə istinadən xəbər verir.

Orta Şərq Texniki Universitetində (ODTÜ) ali təhsil almaq üçün Ankaraya gedən Çetin 2020-ci ildə COVID-19 pandemiyası ilə əlaqədar distant təhsil səbəbindən Rizəyə qayıdıb və kəndində yaşamağa başlayıb. O, atasından miras qalan evin uçması səbəbindən uşaqlıq illərinin xəyallarını həyata keçirmək üçün bağdakı ərik, armud və xurma ağaclarında ev tikmək qərarına gəlib. Çetin 3 ağacın gövdələri arasında 6 kvadratmetrlik sahədə ev yaradıb.

Evin gözlədiyi qədər böyük olmadığını anlayanda dəmir barmaqlıqlarla dayaq edərək eyvan düzəldib. Ağacların arasında tikdiyi evin möhkəm olması üçün onu polad məftillə ağaca bağlayıb, mismarlarla ağaclara bərkidib.

Məktəbi bitirdikdən sonra ailə quran, Ankarada yaratdığı şirkətlə ixracatçılıqla məşğul olan Çetin yay aylarında həyat yoldaşı ilə birlikdə Rizəyə qayıdır və bir aylıq vaxtının çoxunu ağaclardakı evində keçirir. Çətin uşaq yaşlarında ağacda ev tikəcəyini xəyalına gətirdiyini, lakin bunun bu qədər çətin olacağını düşünmədiyini bildirib.

“Evi pandemiya zamanı asudə vaxtlarımda tikmişəm və 40 günə bitirmişəm. Dağılmış köhnə evin qalıqlarından tikinti materialları kimi istifadə etdim”, - Çetin bildirib.

"Evin arxasından gedə biləcəyiniz körpü yerdən 4 metr hündürlükdədir. Ev ağacda olduğu üçün külək əsəndə silkələnir. Yüksəklikdən qorxanlar silkələnmədən əsəbiləşirlər. İndiyə qədər evdə 10 nəfəri qəbul edərək, onun dayanıqlığını yoxlamışıq", - o əlavə edib.

Çetinin həyat yoldaşı Tuğba Seçkin əri ilə universitetdə tanış olduqlarını, ali məktəbi bitirdikdən sonra, 2020-ci ildə ailə qurduqlarını və yayda Rizəyə gəldiyini bildirib. "Çetin taxtadan nəsə düzəltdi və mənə göstərdi. Onun belə bir şey edəcəyini heç təsəvvürümə gətirməzdim. Pandemiya zamanı distant təhsil başlayanda kəndə qayıdıb evini tikdi. Əvvəlcə narahat olduq, amma ev bu qədər qonaq qəbul etdi və heç bir problemimiz olmadı.

"Qəhvəaltını burda edir, səhər yeməyimizi yeyirik. Qonaqları qonaq edirik. Gözəl vaxt keçirdiyimiz bir məkan oldu", - o deyib.