Türkiyə səfiri Lənkəranda çay tingi əkib
Gündəm
17:41 25 sen, 2022

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Lənkərana səfər edib.
Qazet.az xəbər verir ki, diplomat bu barədə tviter hesabında yazıb.
“Çay, düyü, limon və feyxoa diyarı Lənkərandayıq.
Azərbaycanda sərmayələri ilə iqtisadiyyata və məşğulluğa ciddi töhfə verən “Betaçay”da olduq. Beşir və Cəlal Uğurdan çay və çəltik istehsalı haqqında məlumat aldıq.
Lənkəranda çay tingləri əkdik”, - səfir qeyd edib.