Bakı 15˚C Sunny

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Siyasət 11:51 18 okt, 2022
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

“Azərbaycanın müstəqilliyinin əbədi olmasını diləyirik”.

Qazet.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tviterdə etdiyi paylaşımda bildirilib.

Diplomatik nümayəndəlik Azərbaycan dövləti və xalqı təbrik edilib.

“Müstəqilliyin Bərpası Günü münasibətilə bütün azərbaycanlı bacı-qardaşlarımızı ürəkdən təbrik edir, bu yolda canlarını fəda edən bütün şəhidləri ehtiramla yad edirik”, - təbrikdə vurğulanıb.