Bakı -1˚C Windy

Türkiyə Silahlı Qüvvələri  172 terrorçunu zərərsizləşdirib

Gündəm 17:04 30 yan, 2022

Bunlardan 25-i İraqın şimalında, 147-si isə Suriyanın şimalında zərərsizləşdirilib” – nazirliyin tvitter hesabında qeyd olunub

Türkiyə Silahlı Qüvvələri  172 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri bu il yanvarın 1-dən indiyədək 172 terrorçunu zərərsizləşdirib.

Qazet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

“Qəhrəman Mehmetçik hava temperaturunun mənfi 39 dərəcəyə çatdığı, qar qalınlığının 7 metri keçdiyi çətin hava və relyef şəraitində fəaliyyətini davam etdirir. Son 1 ayda terrorla mübarizə əməliyyatlarında ümumilikdə 172 terrorçu zərərsizləşdirilib. Bunlardan 25-i İraqın şimalında, 147-si isə Suriyanın şimalında zərərsizləşdirilib” – nazirliyin tvitter hesabında qeyd olunub.