Türkiyə şirkətlərinin Qarabağdakı fəaliyyəti müzakirə edilib
Siyasət
16:55 15 okt, 2021
Türkiyənin biznes dairələrinin işğaldan azad edilmiş əraziləridə fəaliyyəti müzakirə edilib
"Qarabağda həyata keçirilən layihələrdə qardaş Türkiyənin iştirakı, bərpa-quruculuq işlərində türk şirkətlərinin fəallığı bizi sevindirir".
Qazet.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mİkayıl Cabbarov bildirib.
"Türkiyənin Müstəqil Sənayeçi və İş adamları Dərnəyinin (MUSIAD) İdarə Heyətinin (İH) sədri Mahmut Asmali, Beynəlxalq Biznes Forumunun prezidenti Erol Yarar, "MÜSİAD Azərbaycan”ın İH-nin sədri Abdurrahman Uzunla görüşümüzdə dost ölkə ilə sıx əməkdaşlığımızı məmnunluqla vurğuladıq. Qardaş Türkiyənin biznes dairələrinin işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyətini müzakirə etdik", - deyə nazir qeyd edib.