Bakı 23˚C Sunny

Türkiyə valyutasının ağır imtahanı - Dollar 11 lirəni keçdi

Biznes 19:56 18 noy, 2021

1 dollar hərracda 11 TL-dən baha satılır

Türkiyə valyutasının ağır imtahanı - <span style="color:red">Dollar 11 lirəni keçdi</span>

Türkiyədə dollar Mərkəzi Bankın bu gün faiz dərəcələrini endirmək barədə qərarının ardınca yenidən sürətlə bahalaşmağa başlayıb. 

Bu saatlara olan məlumata görə 1 dollar hərracda 11 TL-dən baha satılır. Nəticədə Türkiyənin milli valyutası gün ərzində 4 faizə yaxın dəyər itirib.

Mərkəzi Bank faiz dərəcələrini yüzdə 16-dan 15-ə endirib. Tənzimləyici bu qərarı ölkədə müşahidə olunan yüksək inflyasiya və milli valyutanın dəyərdən düşməsi fonunda iqtisadiyyata investisiyaları təşviq etmək üçün verib. Lakin daha ucuz kredit dövriyyədə pul kütləsinin daha çox olması deməkdir və nəticədə bu dollara olan tələbatın artmasına gətirib çıxaracaq. Bu səbəbdən dolların məzənnəsi indidən yüksəlməyə başlayıb.

Mənbə