Bakı 14˚C Windy

Türkiyə və Azərbaycan komandoları Davrazı fəth etdi - Video

Gündəm 21:30 06 noy, 2021

Şəhidlərin xatirəsini anmaq üçün təşkil edilən yürüşdə 3 min komando iştirak edib

Türkiyə və Azərbaycan komandoları Davrazı fəth etdi - Video

Türkiyə komandoları İsparta və Iğdır rayonları ərazisində yerləşən Davraz dağına yürüş ediblər.

Qazet.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Yürüşdə Azərbaycan və Somalidən olan və hazırda Türkiyədə kurs keçən komandolar da iştirak edib.

Yürüşün sonunda Darvaz dağının zirvəsinə qalxılıb, orada komandolar müxtəlif marşlar oxuyublar, Azərbaycan, Türkiyə, Somali bayraqları açılıb.

“Şəhidlərin xatirəsini anmaq üçün təşkil edilən yürüşdə 3 min komando iştirak edib. Şəhidlərimizin xatirəsini ehtiramla yad edirik”, - nazirlikdən bildirilib.