Türkiyə və Fransa XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Gündəm
22:07 03 dek, 2022
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Fransanın xarici işlər naziri Ketrin Kolonna arasında telefon danışığı baş tutub.
Qazet.az xəbər verir ki, bu barədə “Report”un yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı Cənubi Qafqazdakı vəziyyət, xüsusilə Türkiyə və Fransa arasında regionda sülhün təmin olunmasına dair fərqli yanaşmalar və regional problemlərin həlli müzakirə edilib.