Türkiyə və İran Araşdırmalar mərkəzlərinin nümayəndələri sabah Ağdama səfər edəcək
Siyasət
12:23 22 sen, 2021
Ağdama səfər planlaşdırılır
“Biz bu gün Azərbaycan, Türkiyə və İran münasibətlərini müzakirə edəcəyik”.
Qazet.az-ın xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
Onun sözlərinə görə, region ölkələri problemlərini özü həll etməlidir: “Biz daha detallı şəkildə bu məsələləri müzakirə edəcəyik. Onu da deyim ki, sabah Türkiyə və İran Araşdırmalar mərkəzlərinin nümayəndə heyətlərinin Ağdama səfəri planlaşdırılır”.