Bakı -9˚C Showers

Türkiyə və Rusiya S-400 istehsalının detallarını açıqlamayacaq

Gündəm 11:53 18 noy, 2021

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib

Türkiyə və Rusiya S-400 istehsalının detallarını açıqlamayacaq

Rəsmi Moskva və Ankara S-400 zenit-raket kompleksləri üçün detalların birgə istehsalının təfərrüatları barədə açıqlama verməmək üzrə razılığa gəlib.

Qazet.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın Baş naziri Pedro Sançeslə Ankarada təşkil edilən birgə mətbuat konfransı zamanı bəyan edib.

“S-400 detallarının birgə istehsalı ilə bağlı təfərrüatlar barədə açıqlama verməməyə dair hər iki tərəf razılığa gəlib. Bu yalnız bizim aramızda olan həssas məsələlərdir”, - deyə dövlət başçısı jurnalistin kompleksə məxsus hansı detalların birgə istehsal ediləcəyilə bağlı sualını cavablandırarkən bildirib.

Mənbə