Türkiyə və Rusiya XİN rəhbərlərinin müavinləri Qarabağdakı vəziyyəti müzakirə ediblər
Gündəm
01:12 11 dek, 2021
Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin türkiyəli həmkarı Sedat Önalla Suriya, Liviya və Dağlıq Qarabağdakı vəziyyətin tənzimlənməsini müzakirə ediblər.
Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin türkiyəli həmkarı Sedat Önalla Suriya, Liviya və Dağlıq Qarabağdakı vəziyyətin tənzimlənməsini müzakirə ediblər.
Qazet.az-ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir.
“BMT Təhlükəsizlik Şurasının gündəliyində duran aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, regional məsələlər, o cümlədən Suriya, Liviya və Dağlıq Qarabağda etibarlı nizamlanma vəzifələri diqqət mərkəzində olub”, - Rusiya XİN-dən bildirilib.