Türkiyə və Suriya XİN başçıları bir araya gəlir
Gündəm
22:22 08 yan, 2023
Türkiyə və Suriya xarici işlər nazirləri Mövlud Çavuşoğlu ilə Faysal Mikdad çərşənbə günü, yanvarın 11-də Moskvada görüşəcək.
Qazet.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əs Şərq Əl-Avsat” qəzeti məlumat yayıb.
Bildirilir ki, görüş Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə keçiriləcək. Nəşrin məlumatına görə, görüşün təşkilində Birləşmiş Ərəb Əmirlikləri də iştirak edir.
Moskvada keçiriləcək görüş Rusiya, Türkiyə və Suriya prezidentləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsədin birgə görüşünə zəmin yaradacaq.