Türkiyə və Ukrayna arasında müzakirə
Siyasət
13:08 10 okt, 2022
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Ukraynanın XİN rəhbəri Dmitro Kuleba arasında telefon danışığı olub.
Qazet.az bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.
Telefon danışığı zamanı XİN rəhbərləri Ukraynadakı son hadisələri müzakirə ediblər.
Xatırladaq ki, bu gün Ukraynanın bir sıra şəhərlərinin raket hücumlarına məruz qalması nəticəsində 8 nəfər ölüb.