Bakı 5˚C Cloudy

Türkiyə XİN başçısı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından danışıb

Siyasət 15:25 08 okt, 2021

Mövlud Çavuşoğlu münasibətlərin ancaq yeni düşüncə və aktiv diplomatiya ilə normallaşa biləcəyinə inanır

Türkiyə XİN başçısı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından danışıb

Azərbaycan və Ermənistan arasında əməkdaşlığa ancaq yeni düşüncə və aktiv diplomatiya ilə nail ola bilərik.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Lvov Universitetində ukraynalı həmkarı Dmitri Kuleba ilə keçirdiyi görüşdə bildirib.

Onun sözlərinə görə, müxtəlif problemləri olan bir çox ölkəni – Rusiya, Ukrayna, Türkiyə, Yunanıstan, Azərbaycan və Ermənistanı bir araya gətirən tək təşkilat Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı olub.

M. Çavuşoğlu bildirib ki, Sovet İttifaqının dağılmasından dərhal sonra QDİƏT-in yaradılması yeni bir fikir idi.

Nazir qeyd edib ki, QDİƏT bu gün regional əməkdaşlığa töhfə verir.