Türkiyə XİN-i başçısının müavini: "Azərbaycanla çiyin-çiyinə durmağa davam edəcəyik”
Siyasət
11:21 08 noy, 2021
“Can Azərbaycanın 8 Noyabr-Zəfər Bayramı mübarək olsun!”
“Birlik haradadır, dirilik oradadır”.
“Report” xəbər verir ki, bu sözləri 8 Noyabr-Zəfər Günü münasibətilə Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran tviter hesabında yazıb.
“Can Azərbaycanın 8 Noyabr-Zəfər Bayramı mübarək olsun! Cənubi Qafqazın rifahı yolunda Azərbaycanla çiyin-çiyinə durmağa davam edəcəyik”, - o bildirib.