Bakı 16˚C Mostly cloudy

Türkiyə xüsusi təyinatlıları daha 4 terrorçunu zərərsizləşdirib

Gündəm 05:11 24 noy, 2021

Terrorçular türk hərbçilərinin nəzarətində olan ərazilərə döyüş əməliyyatları və hücumlar planlaşdırırıblar.

Türkiyə xüsusi təyinatlıları daha 4 terrorçunu zərərsizləşdirib

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında PKK/YPG-nin 4 terrorçusunu zərərsizləşdirib.

Qazet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, “Fərat Qalxanı” əməliyyatı zonasında 3, “Zeytun budağı” əməliyyatı zonasında 1 silahlı məhv edilib.

Terrorçular türk hərbçilərinin nəzarətində olan ərazilərə döyüş əməliyyatları və hücumlar planlaşdırırıblar.