“TRT Haber” - Türkiyə yeni “Dəli” kamikadze PUA-sını təqdim etdi
Gündəm
20:15 25 okt, 2022

Türkiyədə bu gün keçirilən “Saha” müdafiə sənayesi sərgisində “Dəli” adlı pilotsuz uçuş aparatı (PUA) təqdim edilib.
Qazet.az xəbər verir ki, bu barədə “TRT Haber” agentliyi məlumat yayıb.
Əvvəlcə Qarabağda, indi isə Ukraynada davam edən müharibədə aktiv istifadə edilən kamikadze PUA sinfinə aid olan “Dəli” Türkiyənin “Titra” şirkəti tərəfindən istehsal edilib.
1 saatdan artıq havada qalmağı bacaran silah saatda 180 kilometr sürətlə hədəflərinə hücum edərək özünü və hədəfi məhv edə bilir. PUA 80 kilometr məsafəyə kimi hərəkət etmək qabiliyyətinə malikdir.
Şirkətin direktoru agentliyə bildirib ki, kamikadze PUA-nın sınaqları davam edir və ilin sonunadək testların başa çatması gözlənilir.