Bloomberg: Türkiyə yeni neft və qaz mənbəyinə sahib olacaq
Gündəm
22:51 11 okt, 2022
Türkiyə Liviya sularında neft və qaz hasil edəcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu, iki ölkə arasında enerji sazişi çərçivəsində baş verəcək.
Qazet.az xəbər verir ki, bu barədə "Bloomberg" yazır.
“Liviya ilə karbohidrogenlər üzrə imzaladığımız sazişdən sonra biz yeni sahədə - Liviya kontinental şelfindən neft və digər ehtiyatların çıxarılmasında əməkdaşlıq edəcəyik”, - o deyib.
Ankara ötən həftə Abdel Hamid al-Dbeiba administrasiyası ilə enerji müqaviləsi imzalayıb.