Türkiyədə ağır qəza: 6 nəfər öldü
Gündəm
13:55 11 dek, 2021
Ankaranın Qəhrəmanqazan rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib

Türkiyənin paytaxtı Ankaranın Qəhrəmanqazan rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Qazet.az xəbər verir ki, yüksək sürətlə hərəkət edən iki avtomobil toqquşub.
İlkin məlumata görə qəza zamanı 6 nəfər ölüb, 3 nəfər isə yaralanıb.