Bakı 27˚C Partly sunny w/ showers

Türkiyədə AĞIR QƏZA: çox sayda yaralı var

Xəbərlər 00:48 13 sen, 2022
Türkiyədə AĞIR QƏZA: çox sayda yaralı var

Türkiyənin Şanlıurfa şəhərinin Siverek rayonunda mikroavtobusun avtomobillə toqquşması nəticəsində qəza baş verib.

Qazet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı Ercan Yıldırımın idarə etdiyi avtomobil Siverek - Şanlıurfa avtomobil yolunda mövsümi əkinçilik işçilərinin olduğu 21 yaşlı Mahsun İrisin idarə etdiyi mikroavtobusla toqquşub.

Nəticədə 16 nəfər xəsarət alıb.

Yaralılar Siverek Dövlət Xəstəxanasına aparılıb.

Türkiyədə AĞIR QƏZA: çox sayda yaralı var