Türkiyədə avtobus aşdı- ölənlər var
Gündəm
16:02 03 okt, 2021
Türkiyədə avtobus qəzası baş verib

Türkiyənin Bartın şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qazet.az Anadolu agentliyinə istinadən xəbər verir ki, qəzaya səbəb avtobus sürücüsünün idarəetməni itirməsi olub.
Avtobusun aşması nəticəsində şəhərin bələdiyyə sədrinin köməkçisi də Ahmet Komeç daxil olmaqla 2 nəfər ölüb. Avtobusdakı 17 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralanan 4 nəfərin vəziyyəti ağırdır.
Bələdiyyə sədri Cemal Akın qəza zaman avtobusda olmasına baxmayaraq, o ciddi xəsarət almayıb.